"Qarabağ" komandası bu gün UEFA Çempionlar Liqasında növbəti matçını keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsində Norveçin 'Molde" klubu ilə üz-üzə gəlib. Kiprdəki "AEK Arena"da təşkil olunan matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Penalti seriyasında rəqib qalib gəlib - 6:5.
Beləliklə, "Molde" "Ferentsvaroş"la (Macarıstan) qarşılaşacaq. "Qarabağ" isə mübarizəni Avropa Liqasında davam etdirəcək.
Çempionlar Liqası
IlI təsnifat mərhələsi
16 sentyabr
Qarabağ (Azərbaycan) - Molde (Norveç) 0:0 (Penalti - 5:6)
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Ovusu Kvabena, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Donald Gerye, 19. Filip Ozobiç, 11. Mahir Emreli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev
Baş məşqçi: Qurban Qurbanov
Molde: 1. Andeas Linde, 6. Stien Qreqersen, 11. Martin Ellingsen, 20. Henri Vinqo, 28. Kristoffer Haugen, 16. Etzaz Hussain, 17. Fredrik Aursnes, 14. Erlinq Knudtzon, 7. Maqnus Eykrem, 19. Erik Hestad, 10. Leke Ceyms
Ehtiyat oyunçular: 12. Alexandro Kraninks, 5. Şeriff Sinyan, 15. Tobias Kristensen, 22. Ola Brünhildsen, 27. Markus Pedersen, 30. Mathis Bolli, 99. Ohi Omoyjuanfo
Baş məşqçi: Erlinq Moe
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya).
Larnaka (Kipr). "AEK Arena”.
Fanat.Az