"Səbail”in qapıçısı Nikolas Hagen Qvatemala mətbuatına açıqlama verib.
Fanat.Az xəbər verir ki, 24 yaşlı qolkiper 3 turda məğlub olmaqlarına baxmayaraq Bakı klubunda inkişaf edəcəyini düşünür: "Özümü xoşbəxt hiss edirəm. Məsuliyyətlə götürdüyüm bir macəradır və bundan həzz alacağam. Uyğunlaşma dönəmi yaxşı keçdi, amma dil baxımından bir az ləng oldu. Komanda ilə ünsiyyət qurmağı bacarıram, vacib olan da budur. Yavaş-yavaş bir ailə kimi oluruq. Bu çox önəmlidir. Məni insan və futbolçu kimi böyüməyə vadar edəcək. Burada inkişaf etmək və bir addım da irəli getmək hədəfindəyəm. Çox yaxşı komandamız var. Hər kəsin özünü tanıtmaq və başqalarının gözləntilərini qarşılamaq istədiyi yerdir”.
Qvatemala ilə Azərbaycan futbolunu müqayisə edən Hagen burada daha səviyyəli oyunlar olduğunu deyib: "Azərbaycanda cəsarətli oyun sərgilənir. Burada prioritet futbol oynamaqdır. Sürətli və 1-2 toxunuşlu mübarizə olur. Önəmli təməlləri var. Qol imkanları yaratmaq və rəqibdən qorxmamaq düşüncəsindədirlər. Oyunun içində dəyişikliklər də çox olur”.
Qvatemala millisinin üzvü açıqlamasında ölkəmizin yeməkləri barədə də danışıb: "Yeməklər arasında çox fərq yoxdur, pəhrizimi saxlamalıyam. Qvatemaladan fərqli olaraq, burada quzu əti çox yeyirlər. Yeməklərin hazırlanma tərzi də fərqlidir”.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol