AFFA-nın təşkilatçılığı, Naxçıvan Futbol Federasiyasının dəstəyi ilə Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində AFFA C kateqoriyalı məşqçi kurslarına start verilib.
Fanat.Az xəbər verir ki, Aslan Kərimov, Osman Rəhimov və İlham Əzizzadənin rəhbərliyi ilə keçirilən birinci mərhələyə sentyabrın 25-də yekun vurulacaq.
Kursun ikinci mərhələsi oktyabrın 5-dən 9-dək, yekun mərhələsi isə oktyabrın 19-dan 23-dək keçiriləcək.
Fanat.Az