"Sumqayıt” Azərbaycan Premyer Liqasında 400-cü qolunu buraxıb.
Fanat.Az xəbər verir ki, bu, mövsümün IV turunun "Qarabağ”la matçına təsadüf edib. 2:2 hesabı ilə başa çatan oyunda vurulan sonuncu qol sumqayıtlıların buraxdığı 400-cü top olub. Qolun müəllifi Filip Ozobiç olub. "Gənclik şəhəri” təmsilçisi bu rəqəmə 276 qarşılaşmada çatıb. Komanda orta hesabla hər görüşdə 1,45 top buraxıb.
Qeyd edək ki, 2011/12 mövsümündən Premyer Liqada mübarizə aparan "Sumqayıt”la oyunlarda ən çox qol vuran komandalar "Qarabağ” (67), "Qəbələ” (53) və "Neftçi” (52) klublarıdır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol