Azərbaycan Premyer Liqasının IV turu "Neftçi”nin futbolçusu Mirabdulla Abbasov üçün əlamətdarlığı ilə fərqlənib.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Qəbələ” ilə görüş (1:1) futbolçunun ölkə çempionatında 100-cü matçı olub.
Yubiley qarşılaşmasına çıxan Abbasov yarışda 2014/2015 mövsümündə "Neftçi”nin heyətində debüt edib. "Ağ-qaralar”la 62-ci Premyer Liqa görüşünə çıxan hücumçu "Sumqayıt”da 27, "Səbail”də 11 dəfə şans qazanıb.
Fanat.Az