17:19 28.09.2020 786

PFL Premyer Liqa və I divizionla bağlı qərarını açıqladı

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının V, I Divizionun ilk turunun oyunlarının başlama saatları ilə bağlı müəyyən dəyişikliklər edib.

Fanat.Az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, səbəb bu gün saat 00:00-dan Azərbaycanın bəzi şəhər və rayonlarında hərbi vəziyyətin elan olunmasıdır.

Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa, Qazax rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilir. Sözügedən ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir. Eyni zamanda, xüsusi giriş-çıxış rejimi tətbiq ediləcək və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bununla əlaqədar PFL bütün təşkilati məsələləri nəzərə alaraq, müvafiq qərar qəbul edib. 

Premyer Liqada qarşıdakı turun ən tez başlanacaq oyunu saat 14:00-a, ən gec start götürəcək qarşılaşması isə saat 16:00-a təyin olunub. I Divizionda isə görüşlər saat 15:00-dan gec başlamayacaq. Vəziyyətə uyğun olaraq qarşıdakı günlərdə bununla bağlı müvafiq addımlar atıla bilər. 

Premyer Liqa

V tur
2 oktyabr
"Sabah” – "Keşlə”
"Bank Respublika Arena”, 15:30

3 oktyabr
"Qəbələ” – "Sumqayıt”
Qəbələ şəhər stadionu, 14:00

"Zirə” – "Neftçi”
Zirə İdman Kompleksinin stadionu, 16:00

4 oktyabr
"Qarabağ” – "Səbail”
"Azersun Arena”, 15:30

I Divizion

I tur
1 oktyabr
"Keşlə-2” – "Kəpəz”
"ASK Arena”, 13:00

"Sumqayıt-2” – "Qarabağ-2”
"Kapital Bank Arena” (ehtiyat meydança) 15:00

"Neftçi-2” – "Sabah-2”
Türk Hava Yolları Futbol Mərkəzi, (IV meydança) 15:00

2 oktyabr
"Zaqatala” - "Turan Tovuz”
Zaqatala şəhər stadionu, 13:00

"Qaradağ Lökbatan” –MOİK
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2024
02:13

Müdafiəçi dubl etdi, Avstriya - Türkiyə matçının ən yaxşı oyunçusu oldu

01:10

-2024:1/4 finalın bütün cütləri müəyyənləşdi

00:53

AÇ-2024: Niderland və Türkiyə 1/4 finalda!

02 İyul 2024
22:18

Rumıniya - Niderland matçının ən yaxşı oyunçusu açıqlandı

21:38

"Tottenhem" çempionatın ən yaxşı gənc oyunçusunu transfer etdi - RƏSMİ

20:30

"Qalatasaray"ın ulduzu Rusiyadan aldığı təklifi rədd etdi

19:51

"İspaniya indi çox inamlı oynayır, amma..." - Leroy Zane

19:15

Ronaldu AÇ tarixinin "qara siyahısı"nda - "5-lik"də kimlər var?

18:44

Azərbaycanı "Turin Acro Cup” turnirində bu gimnastlar təmsil edəcək

18:05

Maksim Medvedevin məşqçi kimi ilk yeri bilindi

17:47

Qakpo Rumıniya ilə oyundan öncə nə danışdı?

17:24

18 yaşlı türk Bundesliqa klubunda - RƏSMİ

17:01

"Türkiyə millisinin 1/4 finala yüksəlmək şansı çox az görünür"

16:47

UEFA Gürcüstan Futbol Federasiyasını cərimələdi

16:28

"Ronaldu özü də bilir ki..." - Aslan Kərimov

16:17

Asim Xudiyevə yeni mövsümün ilk təyinatı gəldi

15:59

Palmeri De Bröyneyə cavab verdi: "Pozulmuş uşaq"

15:41

Baş hakim Pulişiçin əlini sıxmaqdan imtina etdi

15:23

"Tarixi torpağımız olaraq Xankəndidə oyun keçirilməsi mövsümün möhürü idi" - Elgiz Abbasov

15:05

"Sabah"ın rəqibini "kötəklədilər"

14:44

"Kəpəz"in daha bir rəqibi bilindi

14:26

"Rumınlardan aqressiv oyun gözləyirəm" - Ronald Kuman

14:09

"Bu, bizə üstünlük verəcək" - Türkiyə millisinin baş məşqçisi

13:51

"Sıfırdan başlamaq vacibdir, çünki..." - Ralf Ranqnik

13:27

"Rəqibin heyətində inanılmaz oyunçular cəmləşib, amma..." - Eduard Yordanesku

13:09

Xavi "Bayern"də - Razılıq əldə olundu

12:50

"Penaltilərlə də qalib gəlməyi bacarmaq lazımdı" - Sloveniyanın baş məşqçisi

12:33

UEFA Çempionlar Liqasında səbətlər açıqlandı

12:15

Aleksis Sançes İtaliya çempionundan ayrıldı

11:53

Amerika Kuboku-2024: Uruqvay 1/4-də, meydan sahibləri dayandı

11:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:17

"Bu Avropa çempionatı karyeramda sonuncudur" - Ronaldu elan etdi

10:58

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Portuqaliya - Sloveniya matçı dünya futbolunun tarixinə düşdü

10:20

AÇ-2024: Nəticələr və təqvim

10:02

"Təəssüf ki, sonda uduzan tərəf biz olduq"

09:22

Fransa - Belçika matçının ən yaxşı oyunçusu bilindi

09:00

Deşam Belçika üzərində qələbədən danışdı

02:13

İnanılmaz performans sərgilədi, matçın ən yaxşı oyunçusu seçildi

01:45

AÇ-2024: Fransa və Portuqaliya 1/4 finalda

Facebookdan bizi izləməyi unutmayın.
X