"Rayonlarımızın azad edilməsini 30 ildir gözləyirik. Bəzi ərazilərimizin azad olunduğunu eşidib çox sevindik".
Bu fikirləri "
Report"a açıqlamasında "Neftçi"nin kapitanı Emin Mahmudov cəbhə xəttində baş verən hadisələrə münasibət bildirərkən deyib.
28 yaşlı yarımmüdafiəçi bildirib ki, işğal olunmuş rayonların hamısının geri qaytarılmasını arzulayır: "Buna görə dua edirik. Allah əsgərlərimizə kömək olsun! İnşallah, Qarabağ və 7 rayonumuz tezliklə azad edilsin"!
Təcrübəli oyunçu bu yolda Vətənə xidmət etməyə hazır olduğunu vurğulayıb: "Dualarımız əsgərlərimizlədir. Övladları şəhid olmuş ata-analar üçün də dua edirik. Allah şəhidlərimizə rəhmət etsin! Bütün qəlbimizlə əsgərlərimizin yanındayıq. Torpaqlarımız azad olunması xəbərini gözləyirik".
Fanat.Az