"Millətimiz, xalqımız yumruq kimi birləşib. İnsanlar vətənə borclu olduqlarını düşünür və onun üçün nə isə etməyə çalışırlar".
Bu fikirləri "
Report"a açıqlamasında "Qəbələ"nin kapitanı Anar Nəzirov cəbhə bölgəsində baş verən hadisələrlə bağlı danışarkən deyib.
35 yaşlı qapıçı xalqın birliyini, bərabərliyini görəndə qürur hissi keçirdiyini bildirib: "Xalqımla, millətimlə fəxr edirəm. Hamımızın borcu Vətənə xidmət etməkdir. Vətən üçün, yurd üçün daim hazır olmalıyıq. İstənilən vaxt döyüşə hazırıq. Allah Ordumuzu və əsgərlərimizi qorusun".
Fanat.Az