17:07 30.09.2020 817

Donald Gerye: "Azərbaycan xalqı öz Vətəni uğrunda döyüşür"

"Dünən pasport gəlib çıxdı. Vaxtında bilsəydim, Polşaya səfərlə bağlı problem olmayacaqdı. Amma hələ az da olsa, şans var. Bu gün viza ala bilsəm, "Legiya" ilə matça çatmaq olar".

Bu fikirləri "Qarabağ"ın futbolçusu Donald Gerye "sport.tvp.pl" saytına müsahibəsində UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sı ilə keçirəcəkləri oyun barədə danışarkən deyib.

Haitili yarımmüdafiəçi bildirib ki, Varşava təmsilçisinin yerli çempionatdakı son matçının təxirə salınması rəqib üçün əlavə üstünlükdür: "Bu yaxınlarda Azərbaycan Premyer Liqası matçımızda heç-heçə etdik. Halbuki qələbəyə yaxın tərəf biz idik. Bilirəm ki, "Legiya" çempionatda son oyununa çıxmayıb. Buna görə də "Qarabağ"la görüşə hazırlaşmaq üçün daha çox vaxtı olub. Bu isə Polşa çempionunun yorğunluq səviyyəsini azaldır. Bizim isə istirahət etmək üçün çox vaxtımız yox idi. "Molde" ilə oyundan sonra Bakıya qayıtmalı və dərhal çempionatda oynamağa hazır olmalı idik".

Həyat yoldaşının Polşadan olduğunu xatırladan 31 yaşlı oyunçu tezliklə bu ölkənin pasportunu alacağını söyləyib: "Polşa mənim üçün doğma ölkədir, xanımım buralıdır. Polşa pasportu barədə düşünürəmmi? Məncə, tezliklə alacağam. "Visla"da keçirdiyim vaxtlar bir çox xoş xatirələri yada salır".

Azərbaycan və Polşa çempionatlarını müqayisə edən Gerye maraqlı fikirlər səsləndirib: "Ekstraklassada güclü futbolçu qıtlığı yoxdur, oyunlarda sürət yuxarı olur. Azərbaycan çempionatı isə pul üzərində qurulub. Məsələn, Krakov "Visla"sında futbolçulara ayda təqribən 5 000 ABŞ dolları ödəyirlər. Burada isə məbləğ böyükdür. Legionerlər aylıq 25-30 min ABŞ dolları qazanırlar. Azarkeş baxımından da üstünlük Polşa klublarındadır. Azərbaycanda insanlar stadiona əsasən avrokubok matçları zamanı gəlirlər. Klub Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsində çıxış edirsə, azarkeş sayı çox olur. Daxili yarışda isə say azalır. Polşada "Legiya" və "Lex"in matçlarında oynadığı rəqibdən asılı olmayaraq stadionda çoxlu azarkeş olur. Bu barədə Yakub Jezniçakla çox danışmışam".

Haiti millisinin üzvü 2019/2020 mövsümünün sonunda "Neftçi"dən ayrılaraq yenidən "Qarabağ"a qayıtmasının səbəbini açıqlayıb: "Baş məşqçi transferimdə israr etdiyi üçün "Qarabağ"a qayıtdım. Bura mənim üçün yaxşı yerdir. Komandaya lazım olduğum üçün bu addımı atdım".

Futbolçu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla bağlı da fikirlərini bölüşüb: "O, hər şeydən öncə nizam-intizamı sevən mütəxəssisdir. Amma bu, Qurbanovun dahi insan olduğu və oyunçularını mümkün qədər başa düşmək istədiyi həqiqətini dəyişdirmir. Hər zaman onun köməyinə ehtiyacımız var. Qızım öləndə baş məşqçi mənə inanılmaz dəstək vermişdi. Çox yaxın olmuşuq. Bu, mənim üçün çox şey deməkdir. Oyunçunun problemi yaranarsa, o, asanlıqla Qurbanova yaxınlaşa və bu barədə danışa bilər".

Cəbhədə baş verən hadisələrə də toxunan Gerye komandasının azarkeşləri sevindirmək üçün mümkün olan hər şeyi edəcəyini söyləyib: "Komandama inanıram və ümid edirəm ki, mövsümün əvvəlindən bu yana ən yaxşı oyunumuzu göstərib Varşavada qalib gələcəyik. Ön xəttdə baş verənlərdən xəbərdarıq. İnsanlar ölür, Vətən uğrunda döyüşürlər. Oyunçular azarkeşləri sevindirmək üçün hər şeyi edəcəklər. Bu, şəhidlərin xatirəsinə də hörmət ola bilər".

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. (Report.az)
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X