"Qəbələ" Futbol Akademiyasının yetirməsi Qismət Alıyevin "Zirə"yə keçidi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin saytı məlumat yayıb.
"Qırmızı-qaralar" 23 yaşlı yarımmüdafiəçiyə komandada keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.
Qeyd edək ki, Qismət Alıyev 2010-cu ildən "Qəbələ"nin formasını geyinirdi.
Fanat.Az