2019/2020 mövsümünün sonunda "Qarabağ"dan ayrılan Miçel Madera yeni klubla anlaşıb.
Fanat.Az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ölkəsinin "Marino" komandasına keçib.
Bu barədə Terserada (səviyyəcə dördüncü liqa) çıxış edən klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 35 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Miçel Madera 2015-2020-ci illərdə "Qarabağ"ın formasını geyinib.
Fanat.Az