Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən "Səbail" və "Sabah" öz aralarında yoxlama oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Səbail"in "facebook" səhifəsi məlumat yayıb.
Xəbərə görə, oktyabrın 11-i "Bank Respublika Arena"da keçiriləcək görüş saat 16:00-da başlayacaq.
Qeyd edək ki, "Sabah" ölkə çempionatında 6 xalla 5-ci, "Səbail" 3 xalla 8-cidir.Bu komandalar arasında Premyer Liqanın 4-cü turunda keçirilən matçda "Səbail" 2:1 hesabı ilə qalib gəlib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol