Milli komandaların oyunları ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında yaranmış fasilə ərəfəsində "Sumqayıt” və "Qəbələ” klubları arasında yoxlama oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Görüş sabah 16:30–da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılacaq.
Qeyd edək ki, komandaların Azərbaycan Premyer Liqasının sonuncu turunda görüşü keçirilib və qollu bərabərliklə başa çatıb – 1:1.
Fanat.Az