"Sabah" Qarabağ müharibəsinə həsr olunmuş xüsusi oyun formalarını satışa çıxarıb.
Fanat.Az xəbər verir ki, satışdan əldə ediləcək bütün gəlir ordumuza yardım üçün xərclənəcək. Formaların qiyməti 100 azn-di
Xüsusi formanın arxa hissəsinə Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olmuş 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun adı əks olunub. Komandamız bu formada yalnız bir oyuna çıxıb. Satışda olan bütün formalar Azərbaycan Premyer Liqasının V turu çərçivəsində baş tutmuş "Sabah” – "Keşlə” oyununda istifadə olunub.
Formaların üzərindəki adlar eyni, rəqəmlər isə müxtəlifdir.
Formanın önündə isə ingilis dilində "Karabakh is Azerbaijan!” (Qarabağ Azərbaycandır!) yazısı həkk olunub.
Fanat.Az