Premyer Liqanın VI turunun "Sabah”la oyununa hazırlaşan "Neftçi” yoxlama matçı keçirəcək.
Fanat.Az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda "Türk Hava Yolları Futbol Mərkəzi”ndə "Qəbələ" ilə qarşılaşacaq. Görüş oktyabrın 11-i saat 15:00-da start götürəcək.
Qeyd edək ki, "Neftçi” ə "Qəbələ" Premyer Liqanın IV turunda qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb.