"Qəbələ"nin sabiq futbolçusu Dodo Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutmasına biganə qalmayıb.
Fanat.Az xəbər erir ki, braziliyalı futbolçu "Instagram" hesabında erməni terrorunu pisləyən paylaşım edib.
Dodo "erməni terroruna son” həştəqli "Gəncə üçün dua et” yazılan şəkli paylaşıb.
Qeyd edək ki, Dodo 2011-2016-cı illərdə "Qəbələ"də çıxış edib. Braziliyalı futbolçu hazırda Latviyanın "Lyepaya" klubunda forma geyinib.
Onu da qeyd edək ki, oktyabrın 11-də Ermənistan ordusunun Gəncədə yaşayış ərazisini raket atəşinə tutması nəticəsində 9 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb.