18:48 17.10.2020 1438

"Füzulinin alınması çətin uğur oldu" - Qurban Qurbanov

"Öncə hamını təbrik edirəm. Torpaqlarımız qayıtmağa başlayır. Füzulinin alınması çətin uğur oldu. Əsgərlərimiz çox əziyyət çəkdilər. Allah Ordumuzu qorusun. Gəncədəki hadisə hamıya məlumdur. Allah ölənlərə rəhmət eləsin. Hamımız üzülürük".

Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VI turunda evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis oyun barədə çox danışmaq istəmədiyini bildirib: "Qalib gəldik. Ölkədəki duruma baxmayaraq komanda olaraq üzərimizə düşəni etməyə çalışırıq. Ölkəmizi layiqli təmsil etmək istəyirik. Oktyabrın 22-də oyuna hazırlaşırıq. Çətin qələbə qazandıq. Matçdan əvvəl futbolçulara bildirmişdim ki, "Qəbələ" elə-belə komanda deyil. Bu gün 2-ci məğlubiyyətini aldı. Futbolçularımı təbrik edirəm. Vacib 3 xal əldə etdik".

Cəbhədəki hadisələrə də toxunan təcrübəli baş məşqçi hər kəsin öz sahəsində fəal olmalı olduğunu vurğulayıb: "Ali Baş Komandan da bildirdi ki, hərənin öz vəzifəsi var. Bizim işimiz Ordumuza motivasiya verməkdir. Cəbhə bölgəsinə getməmişəm. Daha yaxşı gedəcəyik. Özümüzü, klubu elə idarə etməliyik ki, bizim də köməyimiz dəysin. Pandemiyaya qarşı yaxşı mübarizə aparmalıyıq ki, dövlətin fikrini yayındırmayaq. Hərənin üzərində bir vəzifə var. Ürəyim cəbhədədir. Sadəcə, arxa deyil, ön cəbhədə olmaq istəyirik".

Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsində problem yaşamayacaqlarına ümid etdiyini deyib: "Sevindiricidir ki, qrupa düşdük. Əlimizdəki futbolçular sağlam olsa, problemimiz olmayacaq. Oyunçularıma güvənirəm. İnanıram ki, daha yaxşı nəticələr əldə edəcəyik".

Baş məşqçinin sözlərinə görə, ev ounlarının Bakıda keçirilməsi daha yaxşı olar: "Klub federasiya ilə əlaqədədir. Federasiyaya yazılı müraciət olub. Yeganə problem oyunun 21:00-da olmasıdır. Ən böyük arzumuz burada oynamaqdır. Hələ ki, "yox" cavabı yoxdur. Burada tək bizim fikrimiz bəs etməyəcək. UEFA-nın, digər qurumların da razılığı olmaldır".

Qurbanov I qrupunun ilk turunda qarşılaşacaqları İsrail "Makkabi"si (Tel-Əviv) ilə görüşdən də söz açıb: "Rəqib topla oynamağı sevəın komandadır. Nadir hallarda bu faiz aşağı olur. Ciddi hazırlaşmalıyıq".

Qurbanov 3 cəbhədə mübarizə aparmağın asan olmayacağını bildirib: "Bunu deməklə, özümü sığortalamış olacağam. Məşqçilərin bu məqamda işi çox çətin olur. Avrokuboklarda 5 əvəzetmə olacaq. Bu, bizim üçün üstünlükdür. Yüklənmə çox olduğundan futbolçularımız tez-tez zədələnirlər. Amma açığı, gənclərimizə çox güvənirəm. Qarşıdakı matçlarda onlardan daha çox istifadə edə bilərik. İlin əvvəlindən gəncləri əsas komandaya cəlb etmək fikrim var idi. Pandemiya hamıya olduğu kimi, bizə də təsir etdi. Düşünürəm ki, yaxşı olacaq. Mən problem olduğu anda onu yoluna qoymağı xoşlayıram". (Report.az)
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X