Azərbaycan millisinin və "Sumqayıt"ın sabiq futbolçusu Əli Babayev İsrailin "Makkabi" (Petah-Tikva) klubundan ayrılır.
Fanat.Az xəbər verir ki, bu barədə "One" nəşri məlumat yayıb. Bildirilib ki, buna səbəb 30 yaşlı yarımmüdafiəçi ilə klub rəhbərliyi arasında yaranmış fikir ayrılığıdı. "Makkabi" rəhbərliyi Əli Babayevin maaşını azaltmaq istəyir. Futbolçu isə bununla razı deyil. Buna görə də tərəflər arasında gərginlik yaranıb.
Qeyd edək ki, 2018-ci ildə "Sumqayıt"da çıxış etmiş Əli Babayev Azərbaycan millisinə də dəvət alıb.