Azərbaycan Premyer Liqasının VI turunda evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edən "Qarabağ” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" ölkə çempionatlarında 108-ci dəfə üç və ya daha çox top fərqilə qalib gəlib.
Ağdam klubu qatıldığı 29 mövsümdən 27-də hesabına böyükhesablı qələbə yazıb. Əyalət təmsilçisi yalnız 1993 və 2005/06 mövsümündə belə nəticə əldə etməyib.
"Qarabağ" bununla da "Neftçi”nin rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi 27 müxtəlif mövsümdə böyük hesabla qalib gəlməyi bacarıb.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol