"Sumqayıt”ın futbolçusu Əli Qurbani Azərbaycan Premyer Liqasında I dövrənin bombardiri olub.
Fanat.Az cəbər verir ki, o, arxada qalan 7 turda 6 qol vurub. Bu, son 4 mövsüm üçün mütləq rekorddu. Belə ki, əvvəlki üç çempionatın startında belə məhsuldarlıq qeydə alınmayıb.
İlk 7 turda 6 və ya daha çox qol vuran sonuncu futbolçu 2016/17 mövsümündə olub. Həmin vaxt "Qəbələ”nin şərəfini qoruyan Baqali Dabo daha çox - 7 top vurub.
Qeyd edək ki, bombardirlər yarışında lider olan Qurbaninin ən yaxın izləyicisi Namiq Ələsgərov ("Neftçi”) 5 qol vurub.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol