"Qarabağ"ın direktoru Emrah Çelikel Türkiyə mediasına açıqlama verib.
Fanat.Az xəbər verir ki, klub rəsmisi bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəkləri oyun ərəfəsində Böyük Birlik Partiyasına təşəkkür edib:
"Böyük Birlik Partiyasına, təşkilatına təşəkkür edirik. Bura gəlməklə bizi qürurlandırdınız. Türkiyə və Azərbaycan iki dövlət, bir millətdi. Sivasda olduqca isti və mehriban qarşılandıq. Bu duyğuları bizə yaşatdığınız üçün sizlərə təşəkkür edirəm. Əminəm ki, feyr-pley qaydaları çərçivəsində gözəl oyun olacaq".
Qeyd edək ki, Böyük Birlik Partiyasının Sivas təşkilatının sədri Uğur Bulut, Alperen Ocaqlarının rəhbəri Serhat Şimşek və digərləri oyundan əvvəl oteldə "Qarabağ"ı ziyarət edib. Onlar "Qarabağ" rəsmilərinə Quran və Türkiyə bayrağı hədiyyə edib. Klub rəsmiləri isə qonaqlara "Qarabağ" forması və Azərbaycan bayrağı təqdim edib.