"Qarabağ"ın baş meneceri Asif Əsgərov Türkiyənin "A Spor" kanalına açıqlama verib.
Fanat.Az xəbər verir ki, klub rəsmisi Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Sivasspor"a qarşı keçirəcəkləri matç barədə danışıb.
Asif Əsgərov təşkilatçılığa görə "Sivasspor"a təşəkkür edib: "Sivasa gələn kimi özümüzü evimizdə hiss etdik. Çünki hava limanında bizi çox yaxşı qarşıladılar. Sivas valisi və digər şəxslər bizi evimizdəki kimi hiss etdirdilər. Komandada hər şey qaydasındadı. İnanıram ki, yaxşı nəticə əldə edə biləcəyik".
Qeyd edək ki, bu gün "Yeni Sivas 4 Eylül" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21.55-də start götürəcək.