Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının IX turunda baş verənlər müzakirə olunub.
Komitə üzvləri xoşagəlməz hadisələrlə bağlı müvafiq qərarlar verib. "Sabah”la səfər matçında ikinci sarı vərəqəyə görə meydandan kənarlaşdırılan "Zirə”nin qapıçısı Mateus Albino 1 oyunluq diskvalifikasiya olunub və klubu 200 manat cərimələnib.
IX turun "Keşlə” – "Qəbələ” oyununda hər iki klubun bəzi rəsmi şəxsləri "A” buraxılış vərəqəsindən istifadə etmədiyi üçün hər iki klub ayrı-ayrılıqda 800 manat cərimə olunur;
IX turun "Neftçi” – "Qarabağ” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) gəlmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur;
IX turun "Sabah” – "Zirə” oyununda "Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol