Millimizin hücumçuu Rüfət Dadaşov ABŞ-ın "Finiks Rayzinq" klubu ilə müqaviləsinin müddətini uzadıb.
Fanat.Az jamaicaobserver.com saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu növbəti mövsümünü də bu komandada keçirəcək. Müqavilənin müddəti 2021-ci ilin sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, bu ilin yanvarından "Finiks Rayzinq" klubunda çıxış edən Rüfət Dadaşov 18 rəsmi oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.