12:24 23.11.2020 1158

Azərbaycan klublarının koronavirusa yoluxmuş futbolçuları - ARAŞDIRMA

Koronavirus pandemiyası futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klublara da təsir edib.

"Report"un məlumatına görə, əsas çempionatda çıxış edən 8 komandadan 7-si bu problemlə üzləşib.

Mövsümün əvvəlindən bəri yalnız "Qəbələ" klubunda koronavirus aşkarlanmayıb. Əyalət təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev "Report"a bildirib ki, indiyədək heç kimin test nəticəsi müsbət olmayıb.

Çempionatın autsayderi "Sabah" komandasının 4 futbolçusu infeksiyaya yoluxub. Onlardan Ceyhun Nuriyev, Elşən Abdullayev və Abbas Ağazadə sağalıb. Təmkin Xəlilzadənin test nəticəsi isə Azərbaycan yığmasının düşərgəsində müsbət çıxıb və o, hazırda Xorvatiyadadır.

"Zirə" klubunun legionerləri Ali Sesay və Klesio Bauk müvafiq olaraq Sierra Leone və Mozambik yığmalarının düşərgəsində bu problemi yaşayıblar. Baş məşqçi Rəşad Sadıqovun köməkçilərindən Eltun Yaqublu da koronavirusa yoluxmuş şəxslərdəndir. Hazırda qəsəbə təmsilçisində aktiv xəstə yoxdur.

"Sumqayıt" klubunda isə yalnız Səbuhi Abdullazadə koronavirusa yoluxub və sağalıb.

Son illərin dəyişməz çempionu "Qarabağ"ın iki üzvündə virus aşkarlanıb. Bunlar müdafiəçilər - Maksim Medvedev və Rahil Məmmədovdur. Hər iki oyunçunun test nəticəsi yığmanın düşərgəsində müsbət çıxıb. Medvedev Lüksemburqda, Məmmədov isə Xorvatiyada karantindədir.

"Neftçi"nin yeni transferi Prins İbara Konqo yığmasının heyətində COVID-19-a yoluxmuşdu. Paytaxt təmsilçisində hazırda kapitan Emin Mahmudov və hücumçu Mirabdulla Abbasov son test nəticələri müsbət çıxdığı üçün karantindədir.

Hazırda "Keşlə" klubunun iki futbolçusu koronavirus xəstəsidir. Vüsal İsgəndərli və Rəhman Hacıyev komandadan ayrı düşüblər.

"Səbail"də də koronavirusa yoluxanlar çoxluq təşkil edir. İlk olaraq, Kamal Qurbanov və komandanın həkiminin test nəticəsi müsbət olmuşdu. Daha sonra adları açıqlanmayan 4 oyunçunun test nəticəsi müsbət çıxıb və X turun "Sabah"la səfər matçı bu günə təxirə salınıb.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X