"UEFA-nın hansı qərarı verəcəyini bilmirik. İndiki vəziyyət və təqvimə görə oynamamağımız daha yaxşı olar".
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, bunu "Vilyarreal"ın müdafiəçisi Pau Torres deyib.
23 yaşlı oyunçu "Qarabağ"la Avropa Liqası matçının baş tutmamaq ehtimalına belə münasibət bildirib: "Ümid edirəm ki, oyun ləğv ediləcək. Ancaq oynamaq lazım gələrsə, meydana çıxacağıq. Qrupdakı vəziyyətə görə qarşılaşmanın keçirilməyəcəyini düşünürük. Hazırda La Liqada "Betis"lə matça köklənmişik".
Qeyd edək ki, "Qarabağ" klubunda koronavirusa kütləvi yoluxma halı aşkarlandığı üçün dekabrın 10-da keçirilməsi planlaşdırılan "Vilyarreal"la matç təxirə salınıb. Qarşılaşma ilə bağlı yekun qərarı UEFA verəcək.
Fanat.Az