"Zirə" son koronavirus testlərinin nəticəsini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandada heç kimdə infeksiya aşkarlanmayıb.
Ötən gün komanda üzvlərindən test nümunələri götürüldüyü və nəticələrin mənfi çıxdığı bildirilib.
Qeyd edək ki, "Zirə" Premyer Liqada növbəti oyununu 12-ci turda sabah "Sumqayıt”a qarşı keçirəcək. Matç 16:00-da start götürəcək.