18:58 20.12.2020 921

Ayxan Abbasov: "Bizə inanmadılar, gecə gəlib testlərimizi yoxladılar"

"Bizi çətin oyun gözləyirdi. Çünki komandamız ağır xəstəlikdən çıxmışdı".

Bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XII turunda "Zirə" ilə keçirilən səfər oyunu barədə danışarkən deyib.

2:2 hesabı ilə başa çatan görüşü dəyərləndirən mütəxəssis komandasından razı qaldığını söyləyib: "Hesab necə olur-olsun futbolçularıma təşəkkür edəcəkdim. Bu gün xarakter göstərdilər. Açığı, heyəti qurmaqda çətinlik çəkirdim. Bəzi futbolçular dünən mənə yaxınlaşaraq, çətin də olsa, oynamaq istədiklərini dedilər. Bu məni çox sevindirdi. Bu futbolçularla fəxr edirəm. Rəhim Sadıxov, həmçinin başqa 3-4 futbolçumuz iki məşqdən sonra oyuna çıxmışdı. "Zirə"nin də gücünü bilirdik. Rəşad Sadıqov yaxşı komanda qurub. Mübariz kollektivdirlər. İşimiz çətindir. "Sabah"la görüşdən sonra komandanın toparlanması üçün fasiləni gözləyəcəyik”.

Abbasov XI turda "Qəbələ” ilə matçdan sonra səsləndirdiyi fikrində haqlı olduğunu vurğulayıb: "Qəbələ” ilə oyundan sonrakı sözlərim başqa cür başa düşüldü. Hər kəs bilsin ki, çempionatdan heç vaxt qorxmamışıq, heç bir rəqibdən də çəkinmirik. Sadəcə, həmin gecə 4-5 oyunçumuzun xəstə olduğunu, vəziyyətin pisləşdiyini dedim ki, buna tədbir görmək lazımdır. İndi də görünür ki, mən haqlıyam. Həmin həftədən sonra bütün komandalarda kütləvi yoluxma oldu. Təəssüf ki, "Sumqayıt”ı sevməyən bəzi şəxslər bunu başqa cür yozdular. Mübarizədən qorxsaydım, çətinliklərə baxmayaraq, komandanın arxasında durmazdım. Bizim öz məqsədimiz var, sona qədər də vuruşacağıq. Əvvəllər milliyə az oyunçu verdiyimiz üçün tənqid edilirdiksə, indi çox oyunçu verdiyimiz üçün günahlandırılırıq. Bilmək istəyirəm ki, bizdən nə istəyirlər? Xahiş edirəm, kimin kimlə prinsipi varsa, futbolçuların haqqına girməyək. Bu gün Aydın Bayramov kimi gənc qapıçının milliyə dəvət almasına sevinməliyik”.

"Gənclik şəhəri” təmsilçisinin çalışdırıcısı narazılığını da bildirib: "Sumqayıt” barədə çempionatda oynamaq istəmirlər kimi fikirlər səsləndirməsinlər. Biz oynamaq istəyirik. Sadəcə, koronavirus ağır xəstəlikdir və 16 oyunçumuz iki həftə məşq etmədi. İki məşqdən sonra oynamağımız barədə qərar qəbul ediblərsə, buna hörmətlə yanaşırıq. Amma təəssüf ki, "24 futbolçuları var, çıxıb oynamalıdırlar” deyənlər var. Bu, bir az ədalətli qərar olmadı. Bizim əsas komandamızda 24 oyunçu yoxdur. Əgər gəncləri nəzərdə tuturlarsa, 1-ci turdakı "Sabah” – "Zirə” oyununu təxirə salmamalıydılar. Maşallah, hamısında da 30 futbolçu var idi. "Qəbələ” ilə görüşü iki gün sonraya keçirməsəydilər, biz meydana rahat çıxacaqdıq, komanda sağlam idi. Sadəcə, obyektiv danışmaq lazımdır. Bizə inanmadılar, gecə gəlib testlərimizi yoxladılar. Problem yoxdur, canları sağ olsun. Həmişə alnımız açıq sözümüzü demişik, deyəcəyik. Heç nədən çəkinmirik. İş mənim üçün ikinci dərəcəlidir. Əsas düzgün olmaq və olanı deməkdir. Bu futbolçulara görə məsuliyyət daşıyıram. Sabah onlara nəsə olsa, birinci mənə irad tutulacaq ki, xəstə halda niyə meydana buraxmısan? İnanıram ki, "Sumqayıt” yavaş-yavaş özünə gələcək”.

Ayxan Abbasov zədədən qayıdan Əli Qurbaninin durumuna da aydınlıq gətirib: "Əli Qurbani hələ hazır deyil, ağır zədədən qayıdıb. Özü də oynamaq istəyir. Bəlkə də, bu gün onu oynatmaq riskli idi. Mən də onu qazanmaq istəyirəm. Çünki bir hücumçumuz. Oyuna pis qoşulmadı. Əslində oyunun sonu gözlədiyimin tərsi oldu. Matçın sonlarında tempi itirəcəyimizi gözləyirdim. Amma futbolçularım ağıllı oynadılar. Son 10-15 dəqiqədə nəzarət bizdə oldu, komandaya çox güc düşmədi. Əlinin formaya düşməsinə çalışırıq, Qismət olarsa, ikinci hücumçu da almaq istəyirik. Qışdan sonra millinin oyunları olacaq. Geniş heyət olmadan çətindir”. (report.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

Facebookdan bizi izləməyi unutmayın.
X