"Birinci hissədə bir neçə imkanımız oldu. Nəticədə 2 qol vurduq".
Fanat.Az xəbər verir ki, bunu "Səbail" klubunun məşqçisi Emin Ağayev Premyer Liqanın XII turunda səfərdə "Keşlə"ni 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis ikinci hissəyə yaxşı başlamadıqlarını bildirib: "Fasilədən sonra vəziyyət dəyişdi. Qonaqlar daha çox hücum etdilər. Biz isə əks-hücumlara bel bağlamışdıq. 3 epizodumuz olsa da, yararlana bilmədik. Düşünürəm ki, 2:0 bizim üçün normal nəticədir".
Ağayev hazırda avrokuboklara vəsiqəni deyil, aşağı sıralardan qurtulmağı düşündüklərini söyləyib: "Yuxarı pillələrə qalxmaq istəyirik. Hazırda əsas məqsədimiz budur. Bundan sonra digər məsələlər barədə fikirləşmək olar".
Sonda məşqçi Hendrik Ekşteynin komandaya qayıtmasından sonra oyun planında inkişafa nail olduqlarını vurğulayıb.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol