"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovun səhhəti pisləşib.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Qol.az-a məlumat verib.
O, Abbasovdan götürülən son koronavirus test nümunələri cavablarının neqativ çıxdığını, lakin dünən axşam saatlarından etibarən çalışdırıcının özünü çox pis hiss etdiyini deyib. Baş məşqçinin bu gün keçiriləcək "Sabah"la matçda komandasının yanında olub-olmayacağı məlum deyil.
Həmçinin mətbuat xidmətindən verilən məlumata görə, komandanın futbolçularından 1-də COVİD-19 aşkarlanıb.
Qeyd edək ki, "Sumqayıt" - Sabah" görüşü 16:00-da başlayacaq.
Fanat.Az