19:01 24.12.2020 905

"Onun səviyyəsi hamıya bəllidir" - Elmar Baxşıyev

"Oyunun çətin keçəcəyini bilirdik. Hava şəraiti dinamik futbol göstərməyə mane olurdu".

Fanat.Az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın XIII turunda səfərdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, əvvəlki turla indiki arasında az vaxt olduğu üçün heyətdə bəzi dəyişikliklər edib: "İnanırdıq ki, bu oyunçular əvəzlədikləri futbolçuların boşluğunu dolduracaqlar. Qələbə köklənmişdik. İnanırdıq ki, məzmunlu oyun göstərsək, 3 xal qazanacağıq. Şükürlər olsun ki, komanda verilən tapşırığı yerinə yetirdi".

Baxşıyev mövsümün əvvəlində komandanın gec formalaşdırıldığını söyləyib: "Hətta bəzi oyunçular 3-4-cü turlarda bizə qoşuldu. Ona görə də komandaya vaxt lazım idi. Bununla belə, ilk turlarda da layiqli oyun göstərirdik. Əsas tələbəimiz hücuma tez çıxmaq və effektli olmaqdır. İnanıram ki, bu, bizim maksimumuz deyil. Komanda hücum planında daha yaxşı ola bilər".

Ceyms Adeniyi ilə bağlı fikirlərini bölüşən baş məşqçi onun Azərbaycana gəlmiş ən yaxşı legionerlərdən biri olduğunu vurğulayıb: "Onun səviyyəsi hamıya bəllidir. "Qəbələ"yə gələndə futbolçunun potensialına bələd idik. Sadəcə, müəyyən qədər futbolsuz qalmışdı. Bu da onun oyununa təsir etmişdi. Biz Ceymsə inanırıq. Komandada qalmasına şad olarıq".

Baş məşqçi qış fasiləsində hücumameyyli yarımmüdafiəçi transfer etmək istədiklərini deyib: "Hazırkı oyunçularla da böyük məqsədlər üçün oynamaq olar. Hamısı keyfiyyətli futbolçudur. Sadəcə, rəqabəti daha da artırmaq üçün bir oyunçu alınsa, yaxşı olardı".

Baxşıyev ötən tur "Qarabağ"la matçda simulyasiya etdiyi üçün meydandan qovulmuş Rövlan Muradovla danışdığını bildirib: "Bizim üçün vacib futbolçudur. Sadəcə, emosiyalarını cilovlaya bilmir və bunu büruzə verir. Onu cəzalandırmışıq. Amma hansı formada olduğunu mətbuata açıqlamaq istəmirik. Ümid edirik ki, bu hal gələcəkdə təkrarlanmayacaq". (Report.az)
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
17:23

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

17:05

''Beşiktaş'' ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

Facebookdan bizi izləməyi unutmayın.
X