18:10 14.01.2021 716

Ayxan Abbasov: "Sumqayıt" çempionata tam hazır deyil"

"İkinci yoldaşlıq görüşümüz olduğu üçün futbolçuların meydanda cəldliyi bizim üçün vacib idi. Bu həftə futbolçularda müəyyən yüklənmə oldu. Bunun fonunda komandadan məmnunam”.

Bunu "Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov "Qəbələ” ilə keçirilən yoxlama oyunundan (1:1) sonra deyib.

40 yaşlı mtəxəssis komandasının hələ tam hazır olmadığını etiraf edib: "Səhvlərimiz hələ var. Bəzi oyunçular təzə gəlib. Taktiki baxımdan önəmli həftə olacaq. İstəyərdik ki, hazırlıq üçün daha bir həftə vaxtımız olsun. Bu, azdır. Amma bütün komandalar üçün vəziyyət eynidir. Bizi "Keşlə” ilə çətin çempionat oyunu gözləyir. Həmin matça hazır olmağa çalışacağıq”.

Abbasov qış transferləri olan müdafiəçi Höccət Haqverdi və hücumçu Mehdi Şərifidən razı qaldığını söyləyib: "Mehdi Şərifini tanıyırıq, bizimlə bir mövsüm keçirib. O, altı aydır futbol oynamır, oyun praktikasından əziyyət çəkir. Höccət Haqverdini isə bir ay idi izləyirdim. Təcrübəsi göz önündədir. Müdafiədə belə oyunçuya ehtiyacımız var idi. İnanıram ki, bizə kömək edəcək. Bütün mövqelərdə rəqabət olmasına çalışırıq. Çempionat uzun marafondur. 11-12 oyunçu ilə sona qədər getmək olmaz. İlk yarının sonlarında çox əziyyət çəkdik. Həm zədlilərimiz çox idi, həm də xəstəliyə yoluxanlarımız. Biz də rəqabət yaratmağa çalışırıq. Bu, futbolçuların yalnız xeyrinədir”.

Baş məşqçi ikinci hissədə meydana buraxılan və hazırda komandada baxışda olan Dmitri Nağıyevin durumu barədə də fikirlərini bölüşüb: "Dmitri hələ tam hazır deyil. Moldovada çempionat ötən ilin noyabrında başa çatıb. Ondan sonra məşq etməyib. Bir həftədir bizimlədir. Hələ yenə yoxlayacağıq. Amma ümumilikdə pis təsir bağışlamadı”.

Abbasov Premyer Liqanın XIV turunda "Keşlə” ilə keçiriləcək matçda qələbəsiz oyunlar seriyasına son qoymağa çalışacaqlarını deyib: "Çempionatda 5 oyundur qələbə qazana bilmirik. Turnir cədvəlində 4-cü yeri itirə bilərik. Hər iki komanda üçün çətin oyun olacaq. Amma bu matçın nəticəsi hələ heç nəyi dəyişmir. Çempionatın sabitliyini tutmaq da çətindir. Xal qazanmağa çalışacağıq. Amma məncə, mübarizə çempionatın sonunadək gedəcək”.

Abbasov qazaxıstanlı müdafiəçi Kərəm Sultanov və iranlı yarımmüdafiəçi Adəm Həmati ilə vidalaşacaqlarını sözlərinə əlavə edib: "Onlar burada az şans qazandılar, özlərinə də dedik. Adəm bu sistemdə oynamamışdı, çətinlik çəkirdi. Yəqin ki, yaxın günlərdə klub rəhbərliyi bu barədə məlumat verəcək. Çalışacağıq ki, onlar da futbolsuz qalmasın, karyeralarına öz ölkələrində davam etdirsinlər”.(report.az)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
17:05

''Beşiktaş'' ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X