"Qarabağ"ın sabiq hücumçusu Reynaldo Silva karyerasını başa vurduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə braziliyalı oyunçu özününün "Facebook" səhifəsində yazıb. 31 yaşlı oyunçu vətəni Braziliyada qalacağını və daha oynamayacağını bildirib.
Qeyd edək ki, Reynaldonun son klubu Gürcüstan "Dinamo"su olub. Braziliyalı 2013-2017 və 2019-cu illərdə "Qarabağ"da çıxış edib. 31 yaşlı futbolçu Ağdam klubu ilə 4 dəfə Azərbaycan çempionluğunu, 2 dəfə ölkə kubokunu qazanıb, 2013/14 mövsümündə Premyer Liqanın bombardiri olub - 22 qol.