15:51 03.02.2021 904

Kamran Ağayev: "Meyxananın oyunuma heç bir aidiyyatı yoxdur"

"Baş məşqçimiz Aftandil Hacıyevin qərarına görə, əsas heyətin tərkibində meydanda idim. Bu klubun oyunçusuyamsa, "hazır deyiləm”, "oynaya bilmərəm” sözünü işlədə bilmərəm. Baş məşqçi deyirsə, oynamalısan".

Fanat.Az xəbər verir ki, bu fikirləri "Səbail"in oyunçusu Kamran Ağayev klubun rəsmi saytına açıqlamasında səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

673 günlük fasilədən sonra rəsmi matça çıxan 35 yaşlı qapıçı bildirib ki, yenidən meydanda olmaq və qələbə qazanmaq sevindiricidir: "Oyunda əsas məsuliyyət o idi ki, komandanın əziyyətini yerə vurmayım. Çünki meydanda məndən başqa daha 10 nəfər var idi. Qələbə də, məğlubiyyət də hamımızındır. Kiçik bir səhvlə məğlub ola bilərdik. Lakin qələbə ilə qayıtdıq".

Təcrübəli qolkiper yenidən futbola qayıtmasına şərait yaratdığı üçün komandanın baş məşqçisi Aftandil Hacıyevə təşəkkür edib: "İlk olaraq, Aftandil müəllimə "çox sağ ol" deyirəm. Əlim gipsdə ola-ola "Səbail”dən zəng gəldi və məni dəvət etdilər. Açıq dedim ki, mən hələ 6-7 ay komandaya xeyir verə bilməyəcəyəm. Sağalma dövrü, adaptasiya və əvvəlki formama geri qayıtmaq zaman alacaq. Buna baxmayaq, mənə inanıb, güvəndiyinə görə təşəkkür edirəm. Klubun uğurları üçün əlimdən gələni edəcəyəm. Həmin vaxt bir çoxları inanmırdı ki, futbola geri qayıdım. Zədədən sonra karyeramın sonu olduğunu düşünürdülər. İndi isə təbii ki, əvvəlki formamda deyiləm. Lakin buna zaman və güc lazımdır".

Təqribən 2 illik fasilədən sonra meydana qayıdan Ağayev ağrılarının çox olduğunu söyləyib: "Bu dövrdə məşqçilər də, komanda yoldaşlarım da mənə dəstək oldular. Aftandil müəllim zədə almağımdan, qırılmağımdan qorxurdu. Hələ də tam formaya düşməmişəm, artıq çəkilərim var. Hamısını bir vaxtda atmaq da olmur, bədən zəifləyə bilər. Ona görə də zaman lazımdır. Komandanı motivasiya edirdim ki, narahat olmayın, hər şey yaxşı olacaq, rahat oynayacağam. İki ildən sonra ilk dəfə meydanda idim və ağrılarım çox idi".

Oyun vaxtı əsəbi olduğunu deyən qapıçı komanda yoldaşlarının onun bu xasiyyətinə öyrəşdiyini vurğulayıb: "Normal həyatda zarafatcıl, gülən-danışan adamam. İş başında isə 90 dəqiqə başqa adam oluram. Qışqırıram, əsəbi oluram və s. Komanda yoldaşlarım bundan incimirlər, artıq öyrəşiblər (gülür)".

Azərbaycan millisinin sabiq üzvü yığmaya qayıdacağı ilə bağlı xəbərlərə də aydınlıq gətirib: "Milliyə qayıtmağımla bağlı mənə çoxlu suallar gəlir. Bu günədək yada düşmürdüm. 90 dəqiqə meydanda olmuşam deyə indi mətbuatda müzakirə olunuram. Hazırda mən yığmaya yox, futbola qayıtmaq üçün forma yığıram. Əgər mənim millidə oynamaq üçün çalışdığımı düşünənlər varsa, bu, yanlış fikirdir. Futbolçu sadəcə, yığmada oynamaq yox, xeyir vermək üçün çalışmalıdır. Hazırda millidə yaxşı qapıçılarımız var və yetişirlər".

Ağayev haqqında yazılanlara fikir vermədiyini əlavə edib: "Həmin yazı ilə bağlı heç kimə geri zəng də etmirəm. Məni tanıyan və vicdanı olan şəxs düzgün yazar. Zədə aldıqdan və futboldan uzaq düşdükdən sonra çox insanın üzünü gördüm. Bir də qeyd etmək istəyirəm ki, meyxana demək mənim hobbimdir. Bunun oyunuma heç bir aidiyyatı yoxdur. Bu mövzunu qabardıb, zarafata çevirmək isə heç xoş deyil".

Qeyd edək ki, Kamran Ağayev "Səbail"ə 2020-ci ilin avqustunda keçib. Onun klubla sözləşməsi mövsümün sonunda başa çatacaq. Ağayev son rəsmi oyununu 2019-cu ilin martında "Keşlə"nin heyətində "Neftçi"yə qarşı keçirib. O, görüşün 30-cu dəqiqəsində zədələnərək meydanı tərk edib və uzun müddət futbolsuz qalıb.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X