19:02 13.02.2021 654

Aftandil Hacıyev: "Futbolçularla ciddi söhbət edəcəyəm"

"Oyunun gərgin keçəcəyini ilk hissədən bilirdik. Hava şəraiti və Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirdiyimiz oyunların nəticələri bizim üçün əlverişli deyildi".

Fanat.Az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Sumqayıt"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis eyni rəqiblə ölkə kubokundakı qalmaqallı cavab görüşündən sonra çoxlu söz-söhbətlər üzündən hər iki komandanın maksimumu ortaya qoymağa çalışdığını bildirib.

Baş məşqçi çoxlu sarı və qırmızı vərəqəni bu amillə əlaqələndirib: "Bu gün də sarı və qırmızı vərəqələr çox oldu. Bununla bağlı komanda ilə danışacaq və hətta ola bilsin, bəzi futbolçulara ciddi xəbərdarlıq edəcəyəm. Hakimlər barədə çox danışmaq fikrim yoxdur. Sadəcə, oyunun axarında uduzursansa, psixoloji durum aşağı enir. Bu halda komandanı kökləmək olduqca çətinləşir. Rəqib layiqli qələbə qazandı".

Hacıyev bildirib ki, ilk yarıda buraxdıqları qollar və ikinci hissənin əvvəlində aldıqları qırmızı vərəqədən sonra komandanı oyuna kökləmək çətinləşib: "Rəqibin zəif və güclü tərəfləri dəqiqliklə, hətta artıqlaması ilə çatdırılmışdı. İlk hissədə bizim də qol epizodlarımız oldu. Topları fərdi səhvlərdən buraxdıq. İkinci hissə başlayan kimi isə Peyman Keşavarzi qırmızı vərəqə aldı. Məncə, baş hakim Vüqar Həsənlinin bu qərarı sərt oldu. Çünki həmin vaxt Keşavarzidən arxada 5 oyunçu var idi. Kubok oyununda da hakim səhvləri oldu. Amma bunun üzərində çox dayanmaq istəmirəm".

Baş məşqçi məğlubiyyətə müdafiədəki səhvlərin xeyli çoxalmasını səbəb göstərib. Onun sözlərinə görə, mövsümün ikinci hissəsində buraxdıqları qollar xeyli çox olub: "Geniş heyətimizin olduğunu düşünmürəm, rotasiya etmək olmur. Məğlubiyyət bizi ayıltmalıdır. Gələcəkdə səhvləri azaltmağa çalışacağıq. Kubokda mübarizəni dayandırmağımızın bizə psixoloji təsir etdiyini deməzdim. Oyunun əvvəllərində iki qol epizodumuzdan yararlansaydıq, nəticənin necə alınacağını bilmək olmazdı. Biz fərdi səhvlərlə məğlubiyyətimizi asanlaşdırırıq. Sonradan isə əvəzini çıxmağa futbolçularımızın ustalıq səviyyəsi çatmır. İlk hissədə 0:2 hesabı ilə uduzduqdan sonra oyunu çevirmək çətin oldu".

Hacıyev uzatma dəqiqələrində Kamran Ağayevə birbaşa qırmızı vərəqə göstərməklə də baş hakimin doğru qərar vermədiyini vurğulayıb: "Orada sonuncu ümid folu yox idi. Kobud oyuna görə meydandan qovulubsa, bununla bağlı fikir bildirmək çətindir. Artıq oyunun sonu idi, meydanda qalması belə nəticəyə təsir etməyəcəkdi. Onun barədə fikir bildirmək istəmirəm. Kamranın futbola qayıtmasının özü böyük hadisədir".

Təcrübəli mütəxəssis hazırda "Səbail"də çıxış edən Amil Yunanovun keçmiş klubu "Sumqayıt"a Azərbaycan Kubokunun 1/4 final oyununda qol vurduqdan sonra səsləndirdiyi aşağılayıcı fikirləri doğru saymayıb. Onun fikrincə, hər hansı futbolçu keçmiş komandasına qarşı düzgün ifadələr işlətmədikdə rəqibi motivasiya etməsi halları olur: "Düşünmürəm ki, Amil Yunanova qarşı "Sumqayıt" ədalətsizlik edib. Özü ilə söhbət etmişik. Bu məsələ üzərində çox dayanmaq istəmirəm".

Bu məğlubiyyətin "Səbail"i yolundan döndərməyəcəyini deyən Hacıyev uğursuz nəticələrin maliyyə problemləri ilə əlaqələndirməyib: "Pandemiyan dövründə çətinliklər təkcə bizdə yox, bütün komandalarda var. Amma bu amili qabartmaq istəmirik. Çünki mənfi təsir edə bilər. Rəhbərlik də əlindən gələn dəstəyi verməyə çalışır". (Report.az)
 
Fanat.Az 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

Facebookdan bizi izləməyi unutmayın.
X