13:55 18.02.2021 615

Gənclər Liqasının ləğvi "Qəbələ"ni ziyana saldı

"Qəbələ" klubu UEFA Gənclər Liqasının ləğv olunmasına görə ziyana düşüb.

Bu barədə "Report"a "Qəbələ" Futbol Akademiyasının direktor müavini Nail Kərimov məlumat verib.

O bildirib ki, qərar "Qəbələ"yə maddi və mənəvi cəhətdən mənfi təsir göstərib: "Bir ildir 19 yaşadək futbolçulardan ibarət komandalar qrupunda rəsmi oyunlar keçirilmir. Biz futbolçularımızı Gənclər Liqasına motivasiya edərək, Şimali Makedoniyanın "Şkupi" komandası ilə səfər oyununa hazırlaşdırırdıq. Bu gündən sonra uşaqları həvəsləndirmək çətin olacaq. Artıq yarış üçün müəyyən hazırlıq da görülmüşdü. Biletlərin alınması üçün depozit də qoyulub. Maddi cəhətdən də kluba zərbə dəydi".

N.Kərimov məsələ ilə bağlı UEFA-ya irad bildirəcəklərini, amma hələ dünyanın sonu olmadığını əlavə edib: "Bu vəziyyətdən də çıxış yolu tapılacaq. Bəlkə də belə olması daha xeyirli idi. Səfər üçün ödədiyimiz depozit hissəsini, yəqin ki, geri almaq mümkün olmayacaq. Bu, klubun maddi itkisi olacaq. Səfərə getmək üçün tam hazır idik. Maddiyyat məsələnin sonuncu tərəfidir. Əsas odur ki, futbolçular yaxşı hazırlaşırdılar və motivasiya olmuşdular. Onlar üçün bu dövrü keçmək daha çətin olacaq".

Direktor müavini UEFA-nın səfərə gedən komandalar üçün 25 min avro vəsait ayırdığını, lakin bu məbləğin oyundan sonra verildiyini vurğulayıb: "Bu, xərcləri qarşılamaq üçün nəzərdə tutulan vəsaitdir. Turnirdə iştirak haqqı verilmir. Biletlər baha olduğu üçün səfər təxminən bu məbləğə başa gələcəkdi. Amma adətən oyun keçirilir və səfərdən bir ay sonra ödəniş olur. Hazırda kluba heç nə ödənilməyib".

Klub rəsmisi ziyana düşdükləri üçün UEFA-ya müraciət edəcəklərini də istisna etməyib: "Yəqin ki, müraciət olacaq. Hələ qərar dünən axşam verilib. Biz də yekun qərara gəlməmişik, bu barədə fikirləşirik".

O, Avropa futbol qurumunun ötən həftə koronavirus pandemiyası səbəbindən yaranan problemlərə görə turnirlə bağlı iclas keçirdiyini xatırladıb: "İclasın sonunda iştirakçılardan biri müraciət etdi ki, pandemiyanın bu vəziyyətində yarışı keçirmək məcburidirmi? Təklif etdilər ki, bəlkə yarımçıq saxlayasınız, keçirməyəsiniz. Digər iki klubun da nümayəndəsi bu fikrə dəstək oldu. İclasda bildirdilər ki, məsələyə baxacağıq. Sonra bizə məktub göndərdilər ki. UEFA İcraiyyə Komitəsində müzakirə aparacaqlar. Müzakirələrin nəticəsində bu qərar verildi. Belə təxmin edirəm ki, Avropanın top-5 ölkələrində sərhədlər baxımından müəyyən problem olduğundan və yarış onlara elə də maraqlı gəlmədiyindən, UEFA belə qərar qəbul edib".

N.Kərimovun fikrincə, Gənclər Liqasının ləğvi "Qəbələ"nin U-19 komandasının fəaliyyətinə təsir etməyəcək: "Uşaqlar məşq edirlər, yoldaşlıq görüşləri də keçirilib. Amma artıq bir ildir rəsmi qarşılaşma oynanılmır. Son rəsmi matçlar ötən ilin martın baş tutub. Məşqlər isə tam sürəti ilə davam edir, saxlamamışıq. Qış fasiləsindən indiyədək 5 yoldaşlıq oyunu keçirmişik. Daha 2-si də planlaşdırılır".

Direktor müavinin sözlərinə görə, UEFA Gənclər Liqasının ləğvinin yeganə təsiri odur ki, futbolçularda müəyyən ruh düşkünlüyü olacaq: "Biz bu ruh düşkünlüyünü aradan qaldırmağa çalışacağıq. U-19 komandamızı və akademiyanı bu yarışa görə saxlamırıq. Bütün yaş qruplarında məşqlər mövsümün əvvəlindən indiyədək davam edir. Yekun məqsədimiz odur ki, əsas komanda üçün futbolçu yetişdirək. Bunu da edirik. Ümid edirik ki, növbəti mövsümün əvvəlində, yay hazırlığında daha 2-3 oyunçu əsas komandaya cəlb ediləcək. Məqsəd bu olduğu üçün məşqlər davam edirdi, mövsümün əvvəlində planlaşdırılan büdcə onsuz da ayrılıb. Gənclər Liqası üçün isə xüsusi hazırlığa ehtiyac yox idi. Hazırlığımız istənilən halda bu şəkildə olur, ciddi yanaşılır. Yarışın keçirilib-keçirilməməsinin akademiyanın sürətinə hər hansı təsiri ola bilməz".

Qeyd edək ki, "Qəbələ" klubunun U-19 komandası martın 4-də UEFA Gənclər Liqasının 1/32 finalında Şimali Makedoniyanın "Şkendiya" komandası ilə üz-üzə gəlməli idi.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

Facebookdan bizi izləməyi unutmayın.
X