20:01 09.03.2021 881

“Bu gün ondan çox narazı qaldım” - Rəşad Sadıqov

"Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Qarabağ”a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransı keçirilib. 
 
Fanat.Az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Diqqətlə baxıb, təhlil etmək lazımdır. "Qarabağ" əlinə düşən fürsətlərdən yaxşı istifadə edir. İlk hissədə qapıya iki top gəldi və qol oldu. Hücumda passiv idik. Oyun ərzində "Qarabağ"ın 100 faizlik epizodu olmayıb. Məyusuq, lakin önümüzə baxmalıyıq. Qarşıda "Qəbələ" səfəri var, yaxşı hazırlaşmalıyıq.
 
- Futbolçular çox səhv etdi. Bu məğlubiyyəti fərdi səhvlərlə əlaqələndirmək olar?
- Top itkilərimiz oldu. Rəqibin etdiyi pressinqi də nəzərə almaq lazımdır. Rəqibdən bunu gözləyirdik. İkinci hissə daha inamlı oynamağı planlaşdırırdıq. Düşünürdük ki, ilk hissə 0:0 hesabıyla bitsə, rəqib də artıq tələsər. İki zərbə oldu, onlar da qolla nəticələndi. Rəqib inamlı şəkildə pressinq edirdi və bizdə top itkilərinə səbəb olurdu. İkinci hissədə oyuna nəzarət etdik. Oyunu çevirmək mümkün olmadı, qol epizodu yarada bilmədik.
 
- Klesio Baukun zədəsi necədir?
- Ümid edirəm ki, ciddi olmaz.
 
- "Qarabağ" hər il avrokuboklarda oynayır. Bu oyunla "Zirə"nin avrokuboklara hazır olmadığını demək olar? 
- "Qarabağ" Çempionlar Liqasında oynayır. Biz orada oynamağa hazır deyilik. Amma bu gün "Qarabağ"ın demək olar ki, çoxlu qol imkanı olmadı. 2 top gəldi və qol oldu. Rəqib qol şansından belə istifadə edirsə, ona qarşı qələbə qazanmaq çox çətin olur.
 
- Daha bir hücumçunuz sıradan çıxdı. Bu, fiziki hazırlıqla bağlıdır, yoxsa şansla?
- Həqiqətən, aldıqları zədələr fiziki hazırlıqla bağlı deyil. Bizdə baxırsan ki, yıxılır çiyni çıxır, bu gün Klesio qaçdığı yerdə topuğu burxuldu. Sıx qrafikdə oynamaq çətindir. Yanvar ayında bizim proqramımız dəyişdi. Gərək bu qrafik tərtib olunanda həm milli, həm də klublar nəzərə alınsın. Sıx qrafikdə heyətimiz kasad olduğu üçün oynamaq çətindir. Ağabala zədədən qayıtmışdı, onu qorxa-qorxa oynadıram. Şikayət etmirəm, ancaq çalışacağıq ki, bu vəziyyətdən çıxaq.
 
- Sərtan Taşkın nə üçün tez əvəzləndi?
- Son oyunlarda yaxşı çıxış edirdi. Lakin bu gün ondan narazı qaldım. İlk 5 dəqiqədə onun cinahından təhlükəli hücumlar gəldi. Məhz buna görə narazı qaldım. İmkanım olsaydı, 20-25-ci dəqiqədə dəyişərdim. Lakin mən belə şeyləri sevmirəm. Özünə də demişəm, bu gün ondan çox narazı qaldım. Potensialı var, ancaq bu gün nəsə özünə bənzəmirdi.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

Facebookdan bizi izləməyi unutmayın.
X