"Qəbələ"nin yarımmüdafiəçisi Nikolas Raysel yayda digər Azərbaycan təmsilçisində peyda ola bilər.
Fanat.Az xəbər verir ki, "Keşlə" Rayseli daha yaxşı şərtlər altında heyətinə qatmaq istəyir.
Bakılıların idman direktoru Ceyhun Sultanov artıq futbolçunun şifahi razılığını da alıb.
Yayda "Qəbələ" ilə olan müqaviləsinin müddəti başa çatacaq PSJ-nin yetirməsi "qırmızı-qaralar"la yeni anlaşma ilə bağlı razılığa gəlməyib.