13:56 10.03.2021 874

Gəncəli azarkeşlər baş məşqçi və rəhbərlik ilə görüşəcək

"Kəpəz”in layiq olduğu yerə divizion oyunlarını yola verə-verə gəlməsinin əleyhinəyəm”

Gəncə Azərbaycan futbolu üçün yaralı diyardı. Şəhərin əsas stadionunun yararsız vəziyyətdə olması da başqa bir dərddi. "Kəpəz”in uzun illərdi söz sahibi ola bilməməsi bir çoxlarını narahat edir. Gəncə Azərbaycanın futbol məbədi sayılır. Lakin bu şəhəri 1-ci divizionda təmsil edən komandanın nəticələri ürəkaçan deyil. Düzdü, qərblilər ölkə kubokunun 1/8 finalında "Sabah”ı mübarizədən kənarlaşdırdılar. Amma növbəti mərhələdə "Keşlə”yə qarşı heç nə edə bilmədilər desək, yanılmarıq. Gəncəlilər 1-ci diviziondakı nəticələri ilə azarkeşlərini üzürlər. Son turda əzəli rəqibi "Turan Tovuz”a məğlub olan "sarı-göylər” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Yaşar Vahabzadənin komandası 13 tur ərzində cəmi 16 xal toplayıb. Çempionatın sonunda lider "Turan Tovuz”a çatmaq müşkül məsələdi.

Bu durum gəncəliləri razı salırmı? "Kəpəz”in uğursuzluğuna azarkeşlərin reaksiyası necədi? Qənaətbəxş nəticə əldə etməyən komandalarının növbəti mövsüm premyer-liqada iştirakına razıdılarmı? Suallarımızı "Kəpəz”in fanklub rəhbərlərinə ünvanladıq. Həm "Xəmsə” azarkeş qrupunun idarə heyətinin üzvü Müşfiq Məmmədov, həm də rəsmi fanklubun rəhbəri Elmar Vəliyev hazırkı durumdan narahatdı.

Müşfiq Məmmədov: "Ardıcıl uğursuzluqların əsas səbəbi komandanın hansısa məlumat alıb, arxayınlaşması ola bilər. Halbuki bu, hazırkı durumun əksini göstərməliydi. Aldıqları məlumat onlar üçün stimul, özlərini yaxşı tərəfdən göstərmək üçün əsas olmalıydı. Ya da ki ölkə kubokunda "Sabah” üzərində qələbədən sonra futbolçular özləri haqda yüksək fikirlərə qapılıblar. Ölkə futbolunda anormallıq o səviyyədədi ki, adam bilmir komandanın növbəti mövsüm premyer-liqada mübarizə aparmasına sevinsin, ya yox. Düzü, "Kəpəz”in layiq olduğu yerə divizion oyunlarını yola verə-verə gəlməsinin əleyhinəyəm. Azarkeşini düşünənlər buna razı olmazdılar”.

Elmar Vəliyev: "Demək olar ki, "Kəpəz” azarkeşlərinin yaralı yerinə toxunduz. Klub rəhbərliyi və baş məşqçi narazıdısa, azarkeşlər də razı ola bilməzlər. Təbii, heç kim istəməz ki, "Kəpəz” bu durumda olsun. Buna nə rəhbərlik, nə də azarkeşlər razıdı. İnanıram ki, bu problem yaxın müddətdə həll olunacaq. Pis günün ömrü qısa olar. Belə bir deyim var ki, yaxın dost pis gündə tanınır. Məncə, bütün azarkeşlər komandanın maliyyə vəziyyətinin necə olduğunu bilir. Bu səbəbdən də onlar çox narazılıq etmirlər. İndi bir çox fanatlar mənə zəng vururlar ki, komanda niyə belə çıxış edir? "Kəpəz” azarkeşləri həmişə tələbkar olub. Komandamız rəqiblərə 2-3 top vuranda etiraz edirdilər ki, azdı. İndi komandanın məğlubiyyətlərini qəbul edə bilmirlər. Ən çox da mən. Düzdü, mən əslən tovuzluyam. Amma "Kəpəz”in bu komandaya uduzmasını həzm edə bilmirəm. Bir də "Neftçi”yə məğlub olanda dəli oluruq. Yəqin hər şey yaxşı olacaq. Rəhbərlik də, baş məşqçimiz də çalışır ki, məğlubiyyətlər olmasın. Klub üçün hər cür şərait qurulub, vaxtında oyunlara gedirlər. Azarkeşlər vəziyyəti başa düşməlidilər. Hamı bir olmalıdı ki, "Kəpəz”i bu vəziyyətdən çıxaraq. Biz nə Yaşar Vahabzadəyə, nə də Vidadi Rzayevə görə komandanı dəstəkləməliyik. Bizim üçün şəxslər vacib deyil. Azarkeşlər üçün əsas olan "Kəpəz”di. Bu səbəbdən də hamımız bir olmalıyıq. İndi də inanırıq ki, komanda "qara zolaqdan çıxacaq” və "Kəpəz” yüksək yerlərdə qərarlaşıb, premyer-liqaya vəsiqə qazancaq. Mən rəhbərliklə danışmışam ki, klub nümayəndələri və baş məşqçinin azarkeşlərlə görüşü olsun. Onlar da bunu qəbul ediblər. Bu yaxınlarda görüşümüz olacaq və azarkeşlərimiz rahat şəkildə etirazlarını dilə gətirəcəklər. Həm baş məşqçi, həm də rəhbərlik fanatların haqlı iradlarını dinləməyə razıdı. "Neftçi-2” ilə oyundan öncə bu istəyimiz baş tutacaq. Yenə deyirəm, pis günlərdə kimlərəsə görə yox, "Kəpəz” sevgisi üçün komandamıza dəstək olmalıyıq”.

Mənbə: "Futbol+" qəzeti

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

Facebookdan bizi izləməyi unutmayın.
X