Peşəkar Futbol Liqası (PFL) Azərbaycan I Divizonununda XVII turun "Turan Tovuz" - "Sabah-2" matçının təxirə salınması barədə qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, PFL-in yaydığı açıqlamada deyilir:
"Bu gün səhər saatlarından Tovuzda başlayan qar şəhər stadionunun qarla örtülməsinə səbəb olub. Aparılan son araşdırmaların ardından "Turan Tovuz” – "Sabah-2” oyununun bu gün nəzərdə tutulan vaxtda baş tutmayacağı məlum olub".
Təmizləmə işlərindən sonra qarşılaşmanın sabah Tovuz şəhər stadionunda keçirilməsi nəzərdə tutulub. Oyun saat 15:00-a təyin olunub.
Fanat.Az