19:13 14.03.2021 1052

"Neftçi" daramadağına sevindi, "Zirə" xal itirdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, oyunlardan biri əyalətdə, digəri isə paytaxtda baş tutacaq.
 
Günün ilk matçında "Qəbələ" "Zirə"ni qəbul edib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 23-cü dəqiqədə meydan sahiblərindən Vinko Medimoreç açıb. İlk qoldan 6 dəqiqə sonra "Qəbələ"dən Merab Giqauri birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Qonaqlar say üstünlüyündən 90+4-cü yeni transfer Fakundo Melivilonun qolu ilə yararlanmağı bacarıblar. Bu nəticədən sonra xal hesabını 30-a çatdıran "Zirə" 3-cü, 23-cü xalını qazanan "Qəbələ" isə 5-ci pillədə qalıb.
 
Komandalar ölkə çempionatında 22-ci dəfə üz-üzə gəlib. Bunların 7-də meydan sahibləri, 5-də isə qonaqlar qələbə qazanıb. Topların fərqi də bölgə təmsilçisinin xeyrinədi - 26:20. "Zirə” son 4 oyunda meydanı qolsuz tərk etməyib. "Qəbələ” isə 9 matçdı evdə uduzmur.

Turun son oyununda "Neftçi" "Bakcell Arena"da "Səbail"lə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 5-ci dəqiqədə Namik Ələskərov açıb. 65-ci dəqiqədə Stiven Monroz "ağ-qaralar"ın üstünlüyünü 2 topa çatdırıb. 4 dəqiqə sonra Yusuf Laval baxımlı qolla rəqibi 3-cü dəfə məyus edib. Görüşdə son nöqtəni isə 75-ci dəqiqədə Mert Çelik qoyub. Bu qələbədən sonra xallarını 42-yə çatdıran "Neftçi" zirvədəki yerini qoruyub. "Səbail" isə 18 xalla 6-cı pillədə qalıb.

Bu komandaların Premyer Liqadakı 14-cü dueli olub. "Ağ-qaralar" rəqibini 9 dəfə məğlub etdiyi halda, "dənizçilər" cəmi 2 oyunda qələbə sevinci yaşayıb. Bu matçlarda meydan sahibləri 30, qonaqlar isə 10 qol vurub. "Neftçi” 7 oyundu "Səbail"ə uduzmur. 

Qeyd edək ki, turun ilk iki oyununda "Qarabağ"da evdə "Sabah"a 2 cavabsız qolla qalib gəlib, "Sumqayıt" isə "Keşlə" ilə heç-heçə edib - 2:2.

Premyer Liqa
2020/21 mövsümü
III dövrə, XX tur

14 mart
Qəbələ - Zirə 1:1
Qollar: Vinko Medimoreç, 23 - Fakundo Melivilo, 90+4
Qırmızı vərəqə: Merab Qiqauri, 29.
Qəbələ: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 55. İdris İnqilablı.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 13. Yurgen Qoxa, 17. Yaovi Akakpo, 10. Rövlan Muradov, 20. Faiq Hacıyev.
Baş məşqçi: Elmar Baxşıyev.
Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 29. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 17. Rodriqo Bonqonqui, 14. Fakundo Melivilo, 7. Tural Bayramlı, 21. Hacıağa Hacılı, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Rəşad Sadıqov.
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Rəhim Həsənov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Qəbələ şəhər stadionu.

Neftçi - Səbail 4:0
Qollar: Namiq Ələsgərov, 5. Stiven Monroz, 65. Yusuf Laval, 69. Mert Çelik, 75.
Neftçi: 30. Aqil Məmmədov (k), 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov, 20. Mert Çelik.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 10. Saman Nərimancahan, 91. Tallison Diaz, 17. Bruno Teluşi, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 72. Emin Zamanov, 70. Asim Əlizadə, 87. Nazim Məmmədzadə, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Samir Abasov.
Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 19. Luka İmnadze, 44. Şamil Cəfərov.
Baş məşqçi: Aftandil Hacıyev.
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Tural Qurbanov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Bakcell Arena”.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

20

13

3

4

30:19

42

2

Qarabağ

20

12

6

2

46:13

42

3

Zirə

20

7

9

4

24:21

30

4

Sumqayıt

20

6

8

6

23:24

26

5

Qəbələ

20

5

8

7

18:28

23

6

Səbail

20

4

6

10

19:33

18

7

Keşlə

20

3

8

9

20:32

17

8

Sabah

20

4

4

12

19:29

16

Bombardirlər

Namiq Ələsgərov (Neftçi) - 14. Mahir Emreli (Qarabağ) - 13. Filip Ozobiç (Qarabağ) - 10. Davit Volkov (Zirə) - 8. Əli Qurbani (Sumqayıt) - 7. Kvabena Ovusu (Qarabağ) - 6. Ağabala Ramazanov (Zirə), Kevin Kubemba (Sabah), Klesio Bauk (Zirə), Rafael Utriq (Qəbələ) - 5.


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

Facebookdan bizi izləməyi unutmayın.
X