"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç instagram səhifəsi üzərindən keçmiş komanda yoldaşı, millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevə dəstəyini nümayiş etdirib.
Fanat.Az xəbər verir ki, İngiltərənin "Bornmut" klubunda çıxış edən bosniyalı əlcək ustası yığmamızın DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə matçında inamlı çıxışı ilə yadda qalan Şahruddinin fotosunu paylaşıb. Beqoviç şəkilə Azərbaycan dilində "Qapının Şahı!" rəyini qeyd edib.