"Turan Tovuz" Futbol Akademiyasında keçirilən "C" kateqoriyalı məşqçi kursları başa çatıb.
Fanat.Az xəbər verir ki, Qərb regionundan olan 18 məşqçinin qatıldığı kurslarda 6 inspektor məşqçilərin bilik və bacarıqlarının artırılması üçün nəzəri və praktiki dərslər keçib.
AFFA-nın dəstəyi və Qərb Regional Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən dərslərə rəhbərlik edən inspektorlar məşqçilərin hazırlanmasında yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə QRFF tərəfindən təşəkkürnamə ilə təltif olunublar.
Təşəkkürnamələri QRFF-nin prezidenti Nadir Nəbiyev təqdim edib.
Təltif olunan inspektorlar bunlardır:
Aslan Kərimov
Osman Rəhimov
İlham Əzizzadə
Zamir Həsənov
Anar Salmanov
Cahangir Həsənzadə