"Neftçi"nin futbolçusu Keysuke Honda "La Gazzetta dello Sport"a müsahibəsi verib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi İtaliyanın "Milan" klubuna keçidindən danışıb.
2014 - 2017-ci illərdə Milan təmsilçisinin formasını geyinən yaponiyalı o günləri belə xatırlayıb: "Milan klubundan zəng gələndə bir saniyə belə çəkinmədim. Bir neçə il əvvəl "Latsio"ya keçməyə yaxın idim, lakin Rusiya MOİK-i bu təklifi rədd etdi. "Milan"ın ən yaxşı futbolçuları almaq üçün pulu yox idi. "Normal" oyunçular bu klubun formasını geyinə bildi. Strategiya yox idi, çünki 3 aydan bir yeni baş məşqçi gəlirdi. Belə vəziyyətdə nəticələr qazanmaq mümkün deyil".
Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.