Azərbaycan I divizionunda XIX tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında "Turan Tovuz" "Qarabağ-2"yə qalib gəlib. Bununla da "Turan Tovuz" turnir cədvəlində vahid lider olub.
Günün digər görüşündə isə "Qaradağ Lökbatan” "Keşlə-2"yə uduzub.
Qeyd edək ki, turun iki oyunu sabah, biri şənbə günü keçiriləcək.
I divizion
2020/21 mövsüm
III dövrə, XIX tur
1 aprel
Turan Tovuz - Qarabağ-2 2:1
Qollar: Vidadi Cəfərov, 18; 64 - Sultan Mustafayev, 59.
Qaradağ Lökbatan - Keşlə-2 0:1
Qol: Emin Quliyev, 48.