15:57 03.04.2021 774

Millimizin keçmiş futbolçusu: “Ancaq müdafiəni düşünürük”

Azərbaycan milli komandasının sabiq futbolçusu, hazırda "Turan Tovuz” komandasını çalışdıran İlham Yadullayevin müsahibəsi:

- İlham bəy, futbol üzrə Azərbaycan milli komandasının son üç oyunu haqda fikirləriniz nədir?
- Komandada dəyişiklik gedir. Görsənir ki, heyətə cavan uşaqlar cəlb olunur. Uşaqlar da çalışır ki, baş məşqçinin tapşırıqlarına düzgün əməl etsin. Sadəcə, rəqiblərimiz çox güclüdür. Portuqaliya və Serbiya ilə oyunlar çətin oldu. Qətərlə yoxlama görüşündə isə tamam fərqli heyət meydana çıxdı. Maksimum oynamağa çalışdılar. Üzücü olan odur ki, hücumda kifayət qədər yaxşı çıxış etmirik, ancaq müdafiəni düşünürük. Hücumda yaxşı olmamağımızın səbəbi də bu mövqedə yetərli futbolçunun olmamasıdır. Hücumda yaxşı imkanlar yaratmaq alınmırdı.
 
- Bəs nə etmək lazımdır ki, komanda təkcə müdafiəni yox, hücumu da düşünsün?
- Deyərdim ki, bu, sırf baş məşqçinin işidir. Nəsə deyə bilmərəm. Ancaq görünən odur ki, komanda müdafiəyə çox üstünlük verir. Məncə, heyətdə hücumameylli futbolçu çox olsaydı, hücuma aktiv çıxa bilərdik. Bu, şəxsən mənim öz fikrimdir. Görünür ki, Canni De Byazi əsasən müdafiəni və əks-hücumları fikirləşir.

- Futbol mütəxəssisləri yığmanın uğursuz çıxışının əsas səbəbini heyətdəki futbolçuların daxili çempionatda iştirak etməsinə bağlayır. Siz də vaxtilə yığmanın şərəfini qorumusuz və hazırda məşqçilik edirsiz. Necə düşünürsüz, həqiqətənmi, səbəb futbolçuların yerli çempionatda çıxış etməsidir?
- Əlbəttə, bu da ön plana çıxır. Bu gün meydanda sırf mübarizə yox, keyfiyyət və taktiki-texniki cəhətlər də ortaya çıxır. Avropada çıxış edən futbolçuların millidə olması üstünlükdür. Bundan başqa, meydanda sona qədər döyüşən, mübarizə aparan komanda olmalıdır. Bunlar hamısı eyni zamanda olsa, yaxşı komandaya ümid bəsləmək olar.

- Azərbaycanda futbol oynamaq üçün maliyyə cəhətdən də, struktur baxımından da yaxşı şərait var. Keyfiyyətli futbolçular yetişməsi üçün daha nə lazımdır?
- Bəli, müasir futbolda yaxşı şərait önəmlidir. Bizim üçün hazırda əsas lazım olan futbolçularımızın legioner həyatı yaşaması, çempionatda komanda sayının artırılmasıdır. Futbolçu azlığı da özünü büruzə verir. Futbolçu legioner həyatı yaşamalıdır ki, öz keyfiyyətini də artırsın.

- Yığmanın son nəticələrinə görə AFFA rəhbərliyi tənqid olunur. Xüsusilə də, Ermənistan yığmasının qrup lideri olmasından sonra kifayət qədər tənqidlər var. Sizcə, problemin qaynağı nədədir?
- Nəticə olmayanda hər zaman tənqidlər olur. Düşmənlər haqda heç danışmaq istəmirəm, nə qazanır, nə qazanmırlar, özləri bilərlər. Onlar haqda rəy vermək istəmirəm. Gələcəyə ümidlə baxmalıyıq. Milliyə inanmalıyıq ki, nəticə də olacaq, yaxşı oyun da. Sadəcə, ümidlə baxmalı, əlimizdən gələni əsirgəməməliyik.

- İlham bəy, "Turan Tovuz”da vəziyyət nə yerdədir?
- Şükür, komandada vəziyyət yaxşıdır. Üçüncün dövrənin ilk matçında "Qarabağ”ın əvəzedicilərini məğlub etdik. Çətin olsa da, üç xalı qazandıq. Ardıcıl neçə oyun idi ki, heç-heçə oynayırdıq. Buna görə, bu qələbə çox vacib idi.

- "Turan Tovuz”u növbəti mövsümdə Premyer Liqada görə biləcəyik?
- Düzü, hələ Premyer Liqa haqda düşünmürəm. Qarşıda 8 oyunumuz var və fikrimiz diviziondadır. Mövsümü yaxşı nəticə ilə bitirmək istəyirik. İnşallah, qismət olarsa, Premyer Liqada oynasaq, çox şad olarıq. Ancaq indi bütün diqqətimiz divizion oyunlarındadır.

- Bəs komandanız həm maliyyə, həm də oyun baxımından Premyer Liqa klubları ilə başa-baş mübarizə apara biləcək?
- Yox, təbii ki. Divizionla Premyer Liqa arasında həm maliyyə, həm də heyət baxımından fərq çoxdur. Premyer Liqa ayrı səviyyədir. Yüksək liqaya vəsiqə qazansaq, dəyişikliklər olacaq. Qismətdə varsa, yeni mövsümdə Premyer Liqada olacağıq.

- "Turan Tovuz” Premyer Liqaya yüksəlsə, komandanın "sükanı arxasında” qalacağınızı düşünürsüz, ya necə?
- Mənim klubda qalmağım rəhbərlikdən asılı olacaq. Çox güman ki, Premyer Liqada olsaq, yerli futbolçulara üstünlük verəcəyik. Bununla yanaşı, təcrübəli oyunçulara da ehtiyac olacaq. Düzü, hələ bu barədə düşünmürük. Bu haqda danışmaq hələ tezdir.
 
Mənbə: Komanda.az 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X