20:40 04.04.2021 1091

Azərbaycan Premyer Liqası: "Qarabağ" vahid lider oldu

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

Fanat.Az-ın məlumatına görə, son oyun günündə 3 qarşılaşma baş tutub.

Günün ilk matçında 42 xalla turnir cədvəlinə başçılıq edən "Neftçi" 26 xalla 4-cü pillədə yer alan "Sumqayıt"ı sınağa çəkib. "Bakcell Arena"dakı görüş komandaların ölkə çempionatında sayca 34-cü dueli olub.
 
Bunadək baş tutan 33 oyunun 16-da meydan sahibləri, 11-də isə qonaqlar qələbə qazanmışdı. Topların fərqi də "ağ-qaralar"ın xeyrinə idi - 52:40. "Neftçi” 3 oyundur rəqibinə qalib gələ bilmirdisə, "Sumqayıt” son 4 səfər matçından qolsuz ayrılmamışdı.
 
"Kimyaçılar" bu dəfə də özünü yaxşı tərəfdən göstərib. Canni De Byazinin millinin "23-lüy"ünə layiq saymadığı Rəhim Sadıxovun dublu qonaqlara qələbə qazandırıb. Beləliklə, bakılılar çempionluq yolunda ciddi zərbə alıb.

Digər oyunda autsayder "Sabah" evdə "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirib. Masazır təmsilçisi Şeydayevin ilk hissənin sonlarında vurduğu qol sayəsində zəfərə sevinib.
 
Turun son dueli isə "ASK Arena"da "Keşlə" və "Qarabağ" arasında reallaşıb. Hesabı meydan sahibləri erkən qolla açsa da, uzatma dəqiqələrində penaltidən fərqlənən "köhlən atlar" yenilgidən qaçaraq vahid liderliyi ələ keçirib. 

Qeyd edək ki, turun ilk oyununda "Zirə" səfərdə "Səbail"lə qolsuz heç-heçəyə razılaşıb.

Premyer Liqa
2020/21 mövsümü
III dövrə, XXI tur

4 aprel

Neftçi - Sumqayıt 0:2
Qollar: Rəhim Sadıxov, 4; 42-pen.
Neftçi: 30. Aqil Məmmədov, 7. Namik Ələskərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 91. Tallison Diaz, 17. Bruno Teluşi, 9. Ahmed Ahmedov, 4. Keysuke Honda, 49. Rener Alves.
20. Mert Çelik, 80. İsmayıl Zülfüqarlı, 72. Emin Zamanov.
Baş məşqçi: Samir Abasov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Tural Qurbanov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
"Bakcell Arena”.

Sabah - Qəbələ 1:0
Qol: Ramil Şeydayev, 45+1
Sabah: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 4. Bəhlul Mustafazadə (k), 90. Ramil Şeydayev, 10. Aleksey İsayev, 13. Filip İvanoviç, 28. Kevin Kubemba, 30. Mario Marina, 9. Xulio Sezar Rodriqez, 3. Zurab Oçiqava, 6. Şakir Seyidov.
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 14. Slavik Alxasov, 23. Amadu Diallo, 48. Dmitor Klots, 26. Fofana Tiemoko, 2. Amin Seydiyev, 33. Camal Cəfərov, 77. Veysəl Rzayev.
Baş məşqçi: Ramin Quliyev.
Qəbələ: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 99. Ceyms Adeniyi, 32. Nikolas Raysel, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 71. Rüfət Əhmədov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 6. Kamal Mirzəyev, 17. Yaovi Akakpo, 10. Rövlan Muradov, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı.
Baş məşqçi: Elmar Baxşıyev.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
"Bank Respublika Arena”.

18.30 Keşlə - Qarabağ 1:1
Qollar: Rəhman Hacıyev, 7 - Patrik Andrade, 90+2
Keşlə: 85. Kamal Bayramov, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 11. Silvio Rodriqes, 9. Anatole Abanq, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 91. Sadio Tonkara, 99. Rafael Məhərrəmli, 22. Elçin Mustafayev, 79. Bahadur Həziyev, 13. Pərviz Azadov.
Baş məşqçi: Sənan Qurbanov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir (k), 19. Filip Ozobiç, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 55. Bədavi Hüseynov, 6. Patrik Andrade, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
"ASK Arena”.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

21

12

7

2

47:14

43

2

Nüftçi

21

13

3

5

30:21

42

3

Zirə

21

7

10

4

24:21

31

4

Sumqayıt

21

7

8

6

25:24

29

5

Qəbələ

21

5

8

8

18:29

23

6

Səbail

21

4

7

10

19:33

19

7

Sabah

21

5

4

12

20:29

19

8

Keşlə

21

3

9

9

21:33

18

Bombardirlər

Namiq Ələsgərov (Neftçi) - 14. Mahir Emreli (Qarabağ) - 13. Filip Ozobiç (Qarabağ) - 10. Davit Volkov (Zirə) - 8. Əli Qurbani (Sumqayıt) - 7. Kvabena Ovusu (Qarabağ) - 6. Ağabala Ramazanov (Zirə), Kevin Kubemba (Sabah), Klesio Bauk (Zirə), Rafael Utriq (Qəbələ) - 5.


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
14:11

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X