AFFA-nın İntizam Komitəsinin I Divizionun XIX turunda keçirilən oyunları ilə bağlı qərarları:
"Turan Tovuz” – "Qarabağ-2” oyununda "Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
"Turan Tovuz” – "Qarabağ-2” oyununda meydança əsasnaməyə uyğun olaraq sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur;
"Sabah-2” – "Zaqatala” oyununda "Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
"Sabah-2” – "Zaqatala” oyununda oyun öncəsi stadion nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi və iclas gec başlandığı üçün meydan sahibi klub 80 manat cərimə olunur;
"Sabah-2” klubunun 66 nömrəli futbolçusu Abdulla Xaibulaev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
"Zaqatala” klubunun ehtiyat oyunçuları və texniki heyəti texniki zonada maskadan istifadə qaydalarını pozduğu üçün klub 80 manat cərimə olunur;
"Qaradağ” – "Keşlə-2” oyununda "Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Fanat.Az