16:48 08.04.2021 840

AFFA-nın növbəti başqatma təşəbbüsü: heç kim inanmır!

Yəqin ki, uzağı gələn həftə Elxan Məmmədovun hiyləgər siması yenə mətbuatı bəzəyər. Ölkə futbolunun rəzil durumda olmasını isbatlayan milli komandaların biabırçı çıxışı yavaş-yavaş unudulur. Elə bu səbəbdən günlərdi kabinetdə gizlənən AFFA-nın icraçı vitse-prezidenti üzə çıxmalıdı. Təhlükə sovuşub, büdcəni dağıtmaq üçün yeni planlar cızmaq, yalançı layihələrlə gündəmə gəlmək lazımdı.

Hələlik ilkin addımlar atılır. Belə ki, AFFA müəyyən addımlar atmaqla gərginliyi aradan qaldırmağa, rəzil olmuş imicini təmizləməyə cəhd edir. Lakin yaxşı olan insanların ayılmasıdı, futbol qurumunun istənilən təşəbbüsünə şübhəylə yanaşır, hər təklifə tənqidi münasibət bildirirlər.

Dünən AFFA-nın rəsmi saytında "Kütləvi futbol layihələri üzrə qrant müsabiqəsi” elan edilib. Qurumun sosial şəbəkə hesabında bu barədə paylaşım olan kimi oxucular, azarkeşlər ora rəy yazmağa başlayıb. Mütləq əksəriyyət təşəbbüsü pisləyib, niyyətin çirkli olduğunu anlayıb.

AFFA azarkeşlərdən kütləvi futbol layihələri istəyib və mükafat fondu ayırıb. Təbii ki, məqsəd aydındı. Son oyunlar göstərdi ki, azarkeşlər qurumun fəaliyyətindən ciddi şəkildə narazıdı və məhz onların könlünü almaq, əslində, başını qatmaq üçün bu addım atılıb. Ən yaxşı kütləvi futbol layihəsini təqdim edənlər 5, 3 və 1,5 min manat mükafat əldə edəcək.

Azarkeşlərin reaksiyası çox maraqlıdı. Seçmələrə diqqət edək:

– "Azerbaijan Tourism Board " olaraq layihə vermişik, 6 aydı maliyyəsini köçurdə bilmirlər. Gərək 3-4 minlik ideya verəsən. İdeal layihələr zatən keçmir, sonra müəyyən düzəlişlərlə görürsən kimsə reallaşdırır.

– O gün olsun futbolumuz çiçəklənsin, Premyer Liqada 18, 1-ci liqada 24, 2-ci liqada 20 komanda olsun, o qədər komanda çox olsun ki, kütləvi, həvəskar futbola peşəkar oyunçular üz tutmasın. Hər klubun ölkəmizə layiq bazası olsun. O qədər böyük bazalar olsun ki, bina tikənlər bina tikməyə yer tapmasınlar.

– Millimizin dünya reytinqindən danışın, 2-3 il sonra siyahını tamamən tərk edəcəyik.

– 5000-lər, 300-lər vurun, dağıdın ee dövlətin pulunu. Ortada inkişaf zad da yox.

– 8 komandalı Baki cempionatı ilə Elxan Məmmədova verilsin qələbə. Super ideya idi…

– Pulları belə boş-boş layihələrə xərcləməyə öyrənmisiz, deyəsən. Futbolun inkişafı üçün hər rayonda komandalar yaratmaq lazımdır. Ölkədə azı 3 liqa olmalıdır. Hər liqada azı 16 komanda olmalıdır. Belə olsa, inkişaf olar.

Bu, paylaşıma yazılan şərhlərin mütləq əksəriyyətidi və hamısı tənqidlərdən, inamsızlıq nümunələrindən ibarətdi. Artıq insanları pulla, yalançı layihələrlə aldada bilmirlər. Hamı futbolda həqiqi inkişaf istəyir, qonşuların əhatəsində gözükölgəli olmağımızı həzm etmirlər.

Ümumiyyətlə, AFFA-nın bu layihəsi ölkədə futboluna inkişafına hansı töhfəni verə bilər ki? Kütləviləşmə? Onsuz da insanlar həvəskar səviyyədə oynayır, pandemiya vaxtı, karantin şərtləri altında fərqli bir şey etmək mümkün deyil. Hətta olsa belə, bu layihələr bizə nə verəcək? Yoxsa Elxan Məmmədov futbol ailəsinin sayıyla bağlı qondarma siyahısını böyütmək niyyətindədi?

Mənasız layihələrdənsə, futbolun həqiqi inkişafı üçün ideya və təkliflərə nəzər salmaq, müzakirələr açmaq, peşəkarlara güvənmək, real iş görmək lazımdı. AFFA ölkədə futbolun inkişafına cavabdeh olan qurumdu, yalançı kütləviləşmə baş aldatmaq üçündü, peşəkarlığın yox, həvəskar futbolun arxasınca düşənlər elə həvəskar düşüncə sahibləridi.

Məmmədov yəqin bütün təşəbbüslərinin necə təpkiylə qarşılandığının fərqindədi. O qədər yalan danışaraq imicini korlayıb ki, daha heç kim ona güvənmir. Bu mənzərəni dövlət rəsmilərinin də gördüyünə ümid edirik.

P.S.: Ümumiyyətlə, AFFA-nın qrant müsabiqəsi elan etməyə, qrant ayırmağa hüququ varmı?
 
Fərid, Futbolinfo.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

Facebookdan bizi izləməyi unutmayın.
X