Bu gün Azərbaycan I divizionunda XX turun son oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 3 matç oynanılıb. Əvvəlcə "Kəpəz” dogma meydanda "Zaqatala”nı qəbul edib. Gəncə təmsilçisi rəqibinə 1:2 hesabı ilə uduzub.
"Sumqayıt-2” evdə "Qaradağ Lökbatan”ı sınağa çəkib. "Gənclik şəhəri” klubu 3:1 hesablı qələbə qazanıb.
Turun qapanış matçında isə "Neftçi-2” səfərdə "Qarabağ-2” ilə qarşılaşıb. Paytaxt təmsilçisi Ağdam klubunu 1 cavabsız qolla məğlub edib.
8 aprel
Qarabağ-2 - Neftçi-2 0:1
Qol: Nihad Qurbanlı, 74.
Sumqayıt-2 - Qaradağ Lökbatan 3:1
Qollar: Cəlal Cəbrayılov, 51; 63. Tahir Zeynalov, 90+2 - Kamil Hüseynov, 30.
Kəpəz - Zaqatala 1:2
Qollar: Tural Qürbətov, 81 - Roini İsmayılov, 54. Bəhruz Teymurov, 60.